Masazır Duz Gölü. Bir zamanlar onun ətrafından keçən insanlar mütləq ona boylanıb baxardılar. Təbiətlə insanın əl-ələ verib qurduğu bir gözəllik idi. Bu göl həm də bir çoxları üçün "Çörək ağacı" olmuşdu. Sonra göl hasarlandı, daimi "sakinlərindən" uzaq qaldı. Abbas Atilay fotolarla daha ətraflı danışır.
Bir zamanlar Masazır duzlu gölündə
17
Bu zavod tikiləndən və göl hasarlanandan bəri uşaqlıqdan bəri duz gölündə duz yığmaqla geçinən insanlar az məvacibli olsa da, iş yerlərini itirdilər. İndi onlar əvvəllər olduğu kimi bura sübh tezdən gəlib sahildə duz təpəcikləri yaratmırlar. Beləliklə onlar iş yerlərini, sadə insanlar isə gözəl mənzərələri itirdi.
18
Bu da mümkün idi ki, zavod fəaliyyətə başladıqdan sonra bu insanların əməyindən istifadə edərdi. Yəni onlar yenə burada duz toplayar və onu daha yaxın məsafədə yerləşən zavoda daha yüksək qiymətə satardılar. Bununla da təbiət ilə insanın birgə yaratdığı gözəllik də yaşayar, bir qrup insan da ailəsinə "çörək" aparardı.
19

20
Həmin gölün dörd il əvvəl çəkilmiş fotoları.