-
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni səfirinə bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın işlərinə qarışmamalıdır.
Putin noyabrın 19-da Kremldə yeni səfirlərin etimadnaməsini qəbul edib. ABŞ səfiri John Tefft də onların arasında olub.
Rusiya prezidenti deyib:
“Biz amerikalı tərəfdaşlarımızla müxtəlif sahələrdə praktiki əməkdaşlığa hazırıq. Bu əməkdaşlıq bir-birinin maraqlarına hörmət, bərabər hüquqlar və daxili işlərə müdaxilə etməmək prinsiplərinə əsaslanmalıdır”.
Oxşar şərtləri Putin 2012-ci ildə 3-cü dəfə prezidentliyə başlayanda xarici siyasət sənədində müəyyənləşdirib. Xarici işlər naziri Sergei Lavrov noyabrın 19-da Dövlət Dumasında çıxışında bənzər xəbərdarlıq edib.
64 yaşlı Tefft ABŞ-ın Ukrayna, Gürcüstan və Litvada səfiri olub. Hər 3 keçmiş sovet respublikasının Moskva ilə münasibətləri gərgindir.
Hazırda ABŞ-la Rusiyanın münasibətləri Ukrayna böhranına görə pisləşib.
Tefft bu vəzifədə Michael McFaul-u əvəzləyir.