Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 13:41

Rumıniya yeni prezidentini seçdi


Klaus Iohannis

55 yaşlı alman, fizika müəllimi Klaus Iohannis Rumıniya prezidenti seçilib. Noyabrın 16-da keçirilmiş ikinci turda o, 51 faiz səs toplayıb. Klaus Iohannis Müxalif Milli Liberal Partiyanın təmsilçisi, Sibiu şəhərinin meridir.

Hazırkı baş nazir, hakim koalisiyaya daxil olan Sosial Demokrat Partiyasının namizədi Viktor Ponta 49 faiz səs yığıb.

Klaus Iohannis vəd verib ki, müstəqil ədalətli məhkəməsi sistemini inkişaf etdirəcək və Ruminiyanı "normal ölkəyə çevirəcək".

Hazırda ölkənin məhkəmə sistemi Avropa Birliyinin müşahidəsi altındadır.

XS
SM
MD
LG