Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:22

Amerikanın ən nüfuzlu ədəbi dərgisinin redaktoru ilə müsahibə


Lorin Stein
Lorin Stein

-

Ona bacısı da məsləhət görüb ki, "Paris Review”ya redaktor getməsin:

"Sən hər gün eyni sualla üz-üzə qalırsan: “Bu jurnalın hədəfi nədir? Belə bir jurnalın mövcudluğu nədən ötrü vacibdir?”

Ən nüfuzlu ədəbiyyat dərgilərindən olan "Paris Review”nun redaktoru Lorin Stein ilə müsahibə

- Lorin, siz “Farrar”, “Straus” və “Giroux” nəşriyyatlarının baş redaktoru kimi nüfuzlu vəzifələrdə çalışmısınız. “Paris Review”ya redaktorluq etmək kimi çətin işin altına girməyə sizi nə vadar etdi və bu iş sizin üçün nə deməkdir?

- Etiraf edim ki, ədəbi agent olan bacım Anna Stein da mənə bunu etməməyi məsləhət görmüşdü. Demişdi ki, mənimki lap, uğurlu nikahdan imtina edib gənc və gözəl bir qızın dalınca düşməyə bənzəyir. Mən də ona dedim ki, mən elə o qızla evlənmək istəyirəm.

Kitab nəşrində mənim xoşuma gələn odur ki, sevdiyim kitabı götürüm və ona mümkün qədər çox oxucu axtarıb tapım, onun necə yaxşı kitab tənqidçilərə çatdırım – istər şəxsi ünsiyyət zamanı, istər yazılarımda, istərsə də əməkdaşlıq yoluyla.

Redaktor deyir ki, “Paris Review”dakı işin çətinliyi tamam fərqli bir çətinlikdir. Bu çətinlik jurnalın özünün varlığı ilə bağlıdır, başqa sözlə adam hər gün eyni sualla üz-üzə qalır: “Bu jurnalın hədəfi nədir? Belə bir jurnalın mövcudluğu nədən ötrü vacibdir?”

Lorin Stein-ın sözlərinə görə, "Paris review"nun eksklüziv olaraq ədəbiyyata həsr edilmiş bir jurnal kimi özünəməxsus prinsipləri var. Jurnalın yazı göndərənlər sarıdan problemi yoxdur. Onun sözlərinə görə, böyük oxucu kütləsinə malik olan və səhifələrində nəsr və poeziyaya da yer ayıran yalnız bir jurnal var: o da “New Yorker”dir. Onun 1 milyon oxucusu var. Lorin Stein deyir ki, yazıçının öz nəsr əsərini, yaxud şeirini çap etdirə biləcəyi çox az mətbu orqanı var. Bəzi kiçik dərgilər var, amma “Paris Review” özünün yetərincə geniş oxucu kütləsi, təxminən 20 min tirajı ilə bu sahədə unikal bir yer tutur.

"Başqaları ilə müqayisədə bu, böyük göstəricidir. Jurnalımızın ciddi, müstəqil və cəsarətli jurnal imici var. Xüsusən də nəşriyyat biznesində. Məsələn, gənc yazar Emma Cline “Marion” hekayəsinə görə Plimpton Mükafatına (“The Paris Review”nun verdiyi mükafatdır - OxuZalı) layiq görüldü və həmin hekayənin hesabına indi ədəbi agenti var, romanına görə onunla bu il 5 milyon dollarlıq müqavilə bağlanıb. Romanın ABŞ-da yayım haqları ilə bağlı. Eləcə də romanın başqa dillərə tərcüməsi üçün Frankfurt Kitab Sərgisində bağlanmış bir çox başqa müqavilələr. Bu, nadir rast gəlinən, yaxud ilk belə hal deyil, "The Paris Review”un nəşriyyat biznesindəki nüfuzu ilə bağlıdır. " - deyir redaktor.

Redaktor bildirir ki, əsasən Amerika ədəbiyyatını çap edirlər. Amma əsərləri Amerika oxucusu üçün çatımlı olan xarici yazarlara yer ayrılır. Məsələn, jurnalın növbəti sayında norneçli yazar Karl Ove Knausgaard-a ayrıca bölüm ayrılacaq. "Çünki bu yazıçı həm Amerika, həm bizim özümüz, həm də ətrafımızdakı yazarlar üçün böyük əhəmiyyət kəsb etməyə başlayıb" - deyir redaktor. Ümumilikdə, dünya ədəbiyyatı "Paris review" üçün elə bir maraq kəsb etmir. Redaktorun fikrincə, əsl ədəbi mütaliə daha çox məhəlli xarakter daşıyır. O, Amerika siyasətçilərindən birinin məşhur sözünü xatırladır: “Siyasət bütün hallarda məhəllidir”: "Məncə, bir çox hallarda bu, ədəbiyyat üçün də keçərli bir deyimdir. Amma bu o demək deyil ki, xarici ədəbiyyat ümumilikdə əhəmiyyətsizdir".

- “Paris Review” jurnalı həm də “Yazıçılar iş başında” rubrikasında çap etdiyi müsahibələriylə tanınır. Yəqin bu illər ərzində dünyanın xeyli məşhur yazıçısından müsahibə almısınız.

- Müsahibə rubrkası üçün mühüm olan bir neçə məqam var. Bu bizə sələflərimizdən miras qalan bir ənənədir. Bu bir panteondur və hər 3 aydan bir həmin panteona daha iki müsahibə əlavə edirik. Biz bunu ürəyimizin hökmü ilə, məxsusi bir seçim və ya münsiflik prosesi olmadan edirik.

Digər tərəfdən “Paris Review” bu rubrikaya başlayanda ciddi bir sənət nümunəsi olaraq dərin müsahibələr almaq ideyası müəyyən mənada orijinal görünürdü, hətta intellektual cəsarət tələb edən iş sayılırdı. Yəni dolayısı ilə ideya ondan ibarət idi ki, yazıçının öz işi haqqında deyəcəyi, çox adamın bilmədiyi səmimi və maraqlı məqamlar var.

- Jurnalın saylarını necə hazırlayırsınız?

- İldə dörd nömrəmiz çıxır. Jurnalın hər yeni sayı işıq üzü görən kimi mən də növbəti saya köklənirəm. Adətən, hər bir saydakı materialların ideyası məndə, yaxud poeziya üzrə redaktorda əvvəlki üç ayda yaranır. Biz kimdənsə müsahibə almaq tapşırığını bir neçə ay, yaxud bir neçə il əvvəldən veririk. Amma bu işi təhvil almaq üçün son tarix müəyyən etmirik. Çox vaxt heç növbəti nömrədə kiminlə müsahibəni verəcəyimizi də bilmirik.

Redaktor onu da deyir ki, hansısa müsahibə hazır olana yaxın onun üçün ilüstrasiya seçməyə başlayır. Bunun üçün rəssamlarla əməkdaşlıq edirlər. Bir çoxları inanmaz ki, “Paris review”nun cəmi 8 ştatlı işçisi var. Bu kiçik redaksiya heyətinin də 2 nəfəri İnternetdəki işə cavabdehdir. Jurnalın saytının 500 min oxucusu var, Twitter-də isə 400 min fanı. Redaktor deyir ki, jurnalın gələcəyi daha çox İnternetlə bağlıdır. Amma kvartalda bir dəfə yenə də jurnalın kağız versiyasını çap etməyə davam edəcəklər. Çünki onun fikrincə, kağız yeni texnologiyalarla müqayisədə ciddi mütaliə üçün daha münasibdir. Amma artıq jurnala abunə işi demək olar ki, tam şəkildə İnternetlə aparılır. “Biz faktiki olaraq olmuşuq özümüz öz naşirimiz” – deyir redaktor.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG