Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 08:54

Əfqanıstanın tiryək istehsalı yeni rekordu hədəfləyir


Əfqanıstan, tiryək

BMT-nin yeni hesabatında deyilir ki, Əfqanıstanın tiryək istehsalı bu il yeni rekorda çatacaq. BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin (UNODC) yeni tədqiqatına görə, 2014-cü ildə tiryək becərilən sahələr 224 min hektara çatıb, bu ötən ildən 7 faiz çoxdur.

Bu rəqəm Əfqanıstanda narkotik maddələr mübarizə işinin alınmadığını göstərir, bunu idarənin siyasi təhlil və ictimai məsələlər üzrə direktoru Jean-Luc Lemahieu deyib.

Təhlilçilərin fikrincə, bu tədqiqat 13 ildən artıq müharibə dövründə narkotik maddələrlə mübarizəyə milyonlarla dollar yatıran donorları pis vəziyyətdə qoyacaq. Çünki mübarizənin əksinə, tiryək istehsalı artıb.

Əfqanıstan dünyada qeyri-qanuni tiryəkin 80 faizdən çoxunu verir. Bu qanunsuz ticarətdən əldə olunan gəlir isə Talibanın maliyyələşməsinə gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG