Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:06

Avtobuslarda yeni qiymət, köhnə xidmət


İctimai nəqliyyatda 5 qəpik problemə çevrilib
İctimai nəqliyyatda 5 qəpik problemə çevrilib
«Heç bir xidmət qalxmayıb, elə həmin maşınlardır, həmin marşrutlardır». Bunu, 33 saylı mikroavtobusun sürücüsü Vaqif Vəliyev deyir. Onun sözlərinə görə, səhər tezdən sərnişinlərlə mübahisə edə-edə mənzil başına çatıb.

Nəqliyyatda gediş haqqının artırılması həm də sərnişinlərə xidmətin yaxşılaşdırılmasıyla izah olunurdu. Amma qiymətlərin artması indi həm sürücülərə, həm də sərnişinlərə əlavə problemlər yaradıb. Sürücü ona gediş haqqı kimi 20 qəpik verən sərnişinə qaytarası olduğu 5 qəpiyi ya tapmır, ya da qalıq pulu vermək istəmir, sərnişinlərin əksəriyyətisə qalıq pulunu tələb edirlər. Bu, xüsusən əvvəl rəsmi gediş haqqı 20 qəpik olan avtobuslarda problemdir.



«Bakıda nə qədər ki, körpülərin tikintisi başa çatmayıb, sərnişinlərə yüksək xidmət göstərmək qeyri-mümkündür»
Qiymətin qalxmasından sonra xidmətin səviyyəsində hansı dəyişiklik olduğuna gəldikdə, xeyli müşahidə aparsaq da bir yenilik gözə dəymədi. Elə sürücülər də hansısa dəyişiklik axtarmağın yersiz olduğunu bildirirlər.

«Sahil» bağı ətrafında bir neçə marşrutun hərəkət qrafikini tənzimləyən dispetçer Bayram Səlimov isə indi sərnişinlərə yüksək xidmət göstərməyin qeyri-mümkün olduğunu deyir. Onun sözlərinə görə, yüksək xidmət heç səxsi maşınlarda da hiss olunmur. O ki, qaldı marşrutlara: «Bakıda nə qədər ki, körpülərin tikintisi başa çatmayıb, sərnişinlərə yüksək xidmət göstərmək qeyri-mümkündür».


Bakı sakini Dilbər Əhmədova da deyir ki, hər gün işə gedib-gəldiyi 322 saylı marşrutu oktyabrın 9-da çox gözləsə də, gəlib çıxmayıb, nəticədə işə bir-neçə avtobus dəyişməklə gedib çıxıb.


Tarif Şurasının yeni qiymət siyasətininin anlaşılan olmadığını deyən Nəqliyyatçıların Müstəqil Həmkarlar İttifaqının sədri Siyavuş İsmayılov, həm də yeni tariflərin yaxşı xidmətlə əlaqəsini görmür: «Yenə həmin köhnə avtobuslar, yenə həmin basabas. Sərnişin buna görə 15 qəpik niyə verməlidir?»


Marşrutlara nəzarət edən Avtonəqliyyatservis Departamentində isə problemlərin bir-iki günə yoluna qoyulacağını düşünürlər.


Hələ ki, sərnişinlərə yaxşı xidmət məqsədilə həyata keçirilən qiymət artımı sərnişin-sürücü mübahisəsilə müşahidə olunmaqdadır. Əvvəllər köhnə pulla - 500 manata olan marşrutlar axşam saatlarında adamları 1000 manata daşıyırlar. Nəqliyyat Nazirliyi dəfələrlə problemin aradan qaldırılmasına cəhdlər göstərsə də, bunu birdəfəlik aradan qaldırmaq mümkün olmayıb. Əvvəllər qiymət artımını gündəlik planı verə bilməməsilə əsaslandıran sürücülər, indi hər şeyi 5 qəpik qıtlığı ilə izah edirlər.


Amma nəyin necə olmasından asılı olmayaraq, sərnişinlərə yaxşı xidmət məqsədiylə gediş haqqına edilən dəyişikliyin ilk günü hələ ki, 5 qəpik problemiylə sona çatdı.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG