Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 02:58

ABŞ təhqiqatçılarının diqqəti Putinin yaxın ətrafına yönəlir


Arxiv foto


“The Wall Street Journal” yazır ki, ABŞ təhqiqatçıları Rusiya prezidenti Vladimir Putinə yaxın şəxsin pul yuyulmada rolunu araşdırır. Qəzet noyabrın 5-də yazıb ki, ABŞ Ədliyyə Departamenti və Nyu York prokurorları rusiyalı milyarder Gennady Timchenko-nun ABŞ maliyyə sistemi ilə çirkli pul köçürüb-köçürmədiyini öyrənir. Həmin vəsaitin Rusiyada korrupsiya sazişləri ilə bağlı olduğu güman edilir.

Məlumata görə, Timchenko-nun yaratdığı, qərargahı Cenevrədə olan Gunvor Group firmasının Rusiyanın dövlət neft şirkəti Rosneft-dən neft alıb və onu üçüncü tərəfə satdığına dair sazişlər araşdırılır.

Qəzet yazır ki, “son bir neçə ayda təhqiqatçılar Gunvor-un qoyduğu qiymətlər barədə informasiya istəyib”.

Putinə yaxın, güclü biznesmenlərdən olan Timchenko ABŞ sanksiyalarına ilk məruz qalanlardan olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG