Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:56

Azəristilik: «Dağlıq ərazilərdə artıq istilik təchizatına başlanacaq»


Arxiv foto
Arxiv foto

-

Gözlə

No media source currently available

0:00 0:04:19 0:00
Direct-ə keçid

Noyabrın 3-dən internat evlərində, xəstəxanalarda, uşaq bağçalarında və orta məktəblərdə istilik sistemi işə salınmasına başlanacaq.

Bunu AzadlıqRadiosuna müsahibəsində “Azəristiliktəchizat”ın Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. Onun sözlərinə görə, artıq ölkənin dağlıq ərazilərində istilik sistemi işə düşüb:

“Müvafiq qanunvericiliyə görə, Azərbaycanda istilik sistemi ilə təchizat beş ay nəzərdə tutulub. Noyabrın 15-dən aprelin 15-nə qədər. Amma havalar kəskin soyuyarsa, istilik təchizatına tez başlana bilər. İndi havalar soyuduğundan göstəriş vermişik ki, dağlıq ərazilərdə artıq istilik təchizatına başlansın”.

Mənzilləri istilik sistemi ilə təmin edən qazanxanaların işə salınması isə bundan sonra olacaq. Rafiq Əliyev deyir ki, uşaq bağçalarının üstündə yerləşən yaşayış binalarına istilik veriləcək:

“Çünki qazanxana birdir, uşaq bağçasına istilik veriləndə bağçanın üstündəki yaşayış binasını ayırmaq olmur. Digər yaşayış binalarına da istilik verilməsi mərhələli şəkildə həyata keçiriləcək”.

MƏNZİLLƏR TEZLİKLƏ İSİDİLƏCƏK

Mənzillərin isidilməsinə noyabrın 15-dən tez başlamaq olacaqmı?

Rafiq Əliyev konkret tarix söyləməsə də, yaşayış binalarına da tezliklə istilik veriləcəyini deyir.

“Azəristiliktəchizat”ın sözçüsü deyir ki, bu il ölkədə 3500-ə yaxın yaşayış binası istilik sistemi ilə təchiz olunacaq:

“Amma hələ də istilik sisteminə qoşulmayan binalar var, 2014-16-ci illər Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişaf proqramına uyğun mərhələli şəkildə onlarda da istilik sistemi qurulacaq.

Rafiq Əliyev həbsxanalarla bağlı fikir bildirərkən onların balansında olmadığını bilirib:

"Biz bir neçə təcridxanaya xidmət göstəririk, onlarda da istilik verilməsinə bu gündən başlanır. "

XS
SM
MD
LG