Tbilisi tarix muzeyində "Sovet işğalı: 1921-1991" adlı sərgi açılıb. Sərgidə 1921-ci ildə Gürcüstanın "Qızıl ordu" tərəfindən işğalından başlayaraq xronoloji ardıcıllıqla baş verən hadisələr fotolar və digər eksponatlarla təsvir olunub. Abbas Atilay göstərir.
Gürcüstanda "Sovet işğalı: 1921-1991"
5
Siyasi rəqiblərinə qarşı siyasi terror aparan bolşevik hakimiyyəti polis, istintaq və məhkəmənin səlahiyyətlərini özündə birləşdirən ÇK - Fövqəladə komissiyalar (tam adı Əks-inqilaba və sabotaja qarşı mübarizə üzrə ümumrusiya fövqəladə komissiyası idi) yaratdılar. Bu komissiya rəhbərləri eyni binada ölüm hökmünü imzalayaraq bəzən hökmləri də elə şəxsən özləri həyata keçirirdilər. Fotoda Gürcüstan ÇK-sı rəhbərinin iş yeri
6
İşğaldan sonra cəza hökümlərini imzalayan "Fövqəladə Komissiya" rəhbərinin masası və masaüstü əşyaları.
7
Yüzlərlə günahsız adamın həyatını söndürən qərarlar bu lampanın işığı altında imzalanırdı
8
Repressiyalar zamanı dustaqların saxlandığı həbsxana qapısının gözlüyü.