Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:18

«Siyasətçilər məsuliyyətli olmalıdır»


Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev

-

«Siz gənclər gələcəyin siyasətçilərisiniz. Seçkilərdə siyasətçilər müxtəlif vədlər verir, maaşları, pensiyaları artıracaqlarını bildirirlər. Seçiləndə isə bu vədlər yerinə yetirməlidirlər».

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı deyib.

«Seçkilərdən əvvəl verilən vədləri yerinə yetirmək üçün beynəlxalq maliyyə təşkilatlarından pul alırlar. Bu borc isə ölkələri ağır duruma salır. Siyasətçilər reallıqdan çıxış etməlidirlər. Bu halda investorları cəlb etmək olar. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. İşsizliyin səviyyəsi minimuma endirilib. Azərbaycan gənc, dinamik inkişaf edən ölkədir».

«İQTİSADİ BAXIMDAN ASILI OLAN ÖLKƏLƏR, SİYASİ BAXIMDAN DA ASILIDIR»

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu müddətdə beynəlxalq hüququ müdafiə edib:

«Bu gün Yaxın Şərqdə, Şərqi Avropada və dünyanın digər yerlərində faciəli hadisələr görürük. Dünya ictimaiyyəti terrorizmə, separatizmə qarşı birgə mübarizə aparmalıdır. Sabitlik olmadan inkişaf mümkün deyil. Regional təhlükəsizliyə, əməkdaşlığa bu cür yanaşırıq. Enerji resursları ilə bağlı layihələr üzrə tərəfdaşlıqdan hər kəs qazanıb. Azərbaycan müstəqillik əldə edən dövrdə iqtisadiyyat çökmüşdü. Bir çox iqtisadi islahatlar nəticəsində sabitliyə nail olunub. Bir çox ölkələr iqtisadi baxımdan asılı olduqları üçün siyasi baxımdan da asılıdırlar».

«BU FORUM BİZİM ÜÇÜN ÇOX ƏHƏMİYYƏTLİDİR»

Prezident bildirib ki, neft, qaz yox, təhsil, insan kapitalı cəmiyyətin, dövlətin inkişafında əsas rol oynayır: «Azərbaycan hökuməti uzun illərdir gənclərin xaricdə təhsil alması üçün proqram həyata keçirir. Azərbaycanda gənclər siyasəti ilə bağlı iki dövlət proqramı həyata keçirilib, Gənclər Fondu yaradılıb. Azərbaycan universitetlərinin dünyanın nüfuzlu universitetləri ilə əlaqə yaratmasına çalışırıq».

Dövlət başçısı Azərbaycanda idmanın inkişafına da xüsusi diqqət ayrıldığını, Azərbaycanın kosmosa peyk buraxması və «Asan» xidmət mərkəzlərinin istifadəyə verilməsini də vurğulayıb.

«Gələn il Azərbaycanda ilk Avropa Olimpiya Oyunları keçiriləcək, bu, tarixi hadisədir. Bununla bağlı Azərbaycana 6 min idmançı gələcək. Növbəti il şahmat üzrə çempionat, 2017-сi ildə isə İslam Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Azərbaycanda sivilizasiyalararası dialoqlar keçirilib və bu sahədə uğurlar əldə edib. Azərbaycanda çoxsaylı xalqlar tolerant şəraitdə yaşayır».

«ERMƏNİSTANIN İŞĞALÇILIQ SİYASƏTİNDƏN GƏNCLƏR DƏ ZİYAN ÇƏKİB»

«Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyon insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Xocalıda soyqırım törədilib, 600 nəfər uşaq, qadın və yaşlı insan qətlə yetirilib. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğaldan azad olunması barədə 4 qətnamə qəbul edib. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri 1 gün ərzində yerinə yetirilir, bəzən isə kağız üzərində qalır. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG