Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:26

İlham Əliyev: «Neftin qiymətinin düşməsinə hazır olmalıyıq»


İlham Əliyev - 8 oktyabr 2014
İlham Əliyev - 8 oktyabr 2014

-

«Dövlət büdcəsinin müəyyən hissəsi Neft Fondunun transfertləri hesabına təmin edilir. Neftin qiyməti aşağı düşüb, ona görə hökumət büdcədə neftin qiymətini düzgün müəyyən etməlidir. Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı yaranmışdır ki, inanmıram, neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin. Amma hər halda biz buna hazır olmalıyıq. Çünki dünya iqtisadiyyatı, hələ ki, böhrandan çıxmayıb. Digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir. Biz bütün bunları nəzərə almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq».

Bu ilin 9 ayının yekunları Nazirlər Kabinetində müzakirə olunarkən, prezident İlham Əliyev belə deyib.

Prezident gələn ilin dövlət büdcəsində sosial təminat və hərbi tələbat məsələlərinin ödənməsinə, eləcə də infrastruktur layihələrinin gerçəkləşməsinə üstün diqqət yetiriləcəyini söyləyib və daha sonra deyib:

«Biz ixrac potensialımızı artırmalıyıq. Bu məsələlərlə bağlı çox böyük işlər görülüb. Əvvəlki dövrdə və hazırda bu sahədə görülən işlər deməyə əsas verir ki, biz buna nail olacağıq... Həm dövlət büdcəsi, həm də Prezidentin ehtiyat fondunun hesabına müasir kənd təsərrüfatı texnikası alınıb gətirilir. Müasir elmin nəticələri Azərbaycanda tətbiq olunmalıdır».

Prezident 2015-ci ilin dövlət büdcəsinin hazır olduğunu, müzakirələr aparıldığını və tezliklə həmin büdcə layihəsinin Milli Məclisə təqdim ediləcəyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG