Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:31

Ukraynada seçkini avropayönlü partiyalar udur


Kiyev,Ukrayna. Parlament seçkisi 2014-cü il
Kiyev,Ukrayna. Parlament seçkisi 2014-cü il

Avropa Komissiyasının sədri Barroso Ukrayna xalqını belə seçki münasbətilə təbrik edib. O bu seçkini demokratiya və Avropa islahatları gündəliyinin qələbəsi adlandırıb.

Avropa Birliyi Şurasının prezidenti Van Rompuy ukraynalıları milli konsensusa çağırıb və bildirib ki, bu birlik Ukraynanın ehtiyacında olduğu siyasi və iqtisadi islahatları sürətləndirmək üçündür.

NATO baş katibi Stoltenberg hesab edir ki, bu seçki ilə ukraynalılar açıq və demokratik şəkildə Avropa yolunu tutduqlarını bildirdilər.

Səslərin 60 faizi sayılandan sonra Yatsenyukun Xalq Cəbhəsi səslərin 21,58 faizini, Poroshenkonun bloku 21,48 faizini toplayıb.

3-cü yerdə Özünəkömək partiyasıdır - 11,16 faiz .

5 faizlik həddi Müxalifət Bloku, Radikal partiya, Batkivşina keçə bilir.

***

ATƏT-in xüsusi əlaqələndiricisi Ken Harstedt oktyabrın 27-də deyib ki, Ukraynada oktyabrın 26-dakı seçkilər real seçim verdi və fundamental azadlıqlara ümumilikdə hörmət göstərdi.

O bildirib ki, seçkilərdə səs vermə və səs sayma şəffaf idi, seçki rəsmiləri tərəfsiz idi və seçki kampaniyası rəqabətli idi.

O deyib ki, ancaq bəzi hallarda göz qorxutma halları olub, media da bəzən siyasi və iqtisadi maraqlardan müstəqil olmayıb.

Rusiyanın xarici işlər naziri Lavrov isə deyib ki, seçkilərin konstruktiv hökumət yaradılmasına aparacağına Rusiya ümid edir. Rusiya ümid edir ki, bu yeni hökumət cəmiyyətdə və eləcə də Rusiya ilə qarşıdurmanı qızışdırmağı davam etdirməyəcək.

***

ATƏT müşahidəçiləri oktybarın 26-da Ukraynada keçirilmiş parlament seçkilərini ədalətli adlandırıb.

ATƏT müşahidəçilərinin bəyanatında deyilir ki, seçkilər "real seçim vermişdi" və "əsasən demokratik keçirilib".

-

“Petro Poroshenko bloku” partiyasının sədri Yuri Lutsenko jurnalistlərə deyib ki, Ukraynada hakim koalisiyada heç kim “böyük və ya kiçik üzv” olmaycaq.

O bildirib ki, qalib Maydan partiyalarının liderlərinə telefonla zəng edilir və məsləhətləşmələrə çağırılır. Onun sözlərinə görə hazırda prezident yalnız baş nazirlə görüşüb.

Səslərin 45 faizi sayılandan sonra baş nazir Yatsenyukun Xalq Cəbhəsi birinci yerdə gedir. Xalq Cəbhəsi səslərin 21,62 faizini yığıb. “Poroshenko bloku” 21,47 faizlə ikincidir.

3-cü yerdə “Özünəkömək” partiyasıdır -11,14 faiz. Hələlik “Müxalifət bloku” – 9,72 faiz, Radikal partiya – 7,37 faiz, Batkyvshina - 5,72 faiz səs toplayır.

Lutsenko deyib ki, Lyashkonun Radikal partiyası da mümkün koalisiya tərəfdaşı kimi nəzərdən keçirilir. Ancaq o bildirib ki, əsasən Özünə kömək, Azadlıq, və ola bilsin ki, Batyvshina partiyaları ilə tərəfdaşlığı nəzərdən keçirirlər.

***
Ukraynada parlament seçkilərinin ilkin nəticələrinə görə, Prezident Petro Poroshenko-nun bloku və baş nazir Arseniy Yatsenyuk-un Xalq Cəbhəsi hərəyə 21.5 faiz səs qazanıb.

SİYASİ ÇAXNAŞMANIN SONUNA ÜMİD VAR

Avropayönlü Samopomich partiyası isə 10.8 faiz səslə 3-cü yerdədir.

Ukraynalılar avropayönlü partiyaların önə çıxdığı parlament seçkilərinin bir illik siyasi çaxnaşmadan sonra sabitliyə yol açacağına ümid bəsləyir.

Poroshenko oktyabrın 26-da milli televiziyaya çıxışında deyib ki, seçicilər “Ukraynanın Avropaya doğru yoluna güclü və dönməz dəstək bildiriblər”.

Prezidentin fikrincə səsvermə seçicilərin ölkənin şərqində rusiyayönlü separatçılarla münaqişəni bitirməyin “siyasi metodları”nı dəstəklədiyini göstərib.

5 FAİZLİK BARYERİ AŞANLAR

Poroshenko seçicilərə “demokratik, islahatçı, ukraynayönlü və avropayönlü çoxluğu” dəstəklədiklərinə görə təşəkkür edib. Prezident koalisiya danışıqlarının oktyabrın 27-də başlanacağını deyib və Xalq Cəbhəsini blokunun “əsas tərəfdaşı” adlandırıb.

Daha 3 partiya 5 faizlik baryeri aşıb Verkhovna Radaya girə biləcək.

Müxalifət Bloku 9.7, Oleh Lyashko-nun Radikal partiyası 7.5 faiz, keçmiş baş nazir Yulia Tymoshenko-nun Batkivshchina partiyası 5.8 faiz toplayıb.

Müxalifət Blokuna devrilmiş prezident Viktor Yanukovych-in Regionlar Partiyasının xeyli üzvü qoşulub.

XS
SM
MD
LG