Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:38

Mike Tyson Rusiya Yazıçılar Birliyinin üzvü olur?


Mike Tyson
Mike Tyson

-

Peşəkarlar arasında boks üzrə keçmiş dünya çempionu Mike Tyson oktyabrın 27-də Moskvada Rusiya Yazıçılar Birliyinə üzvlüyə götürüləcək.

Bunu Tysonun reklam agenti Vladimir Khryunov oktybarın 22-də TASS agentliyinə deyib. Onun sözlərinə görə, bu təşəbbüs Yazıçılar Birliyinin Moskva bölməsinin rəhbəri Vladimir Boyarinovdan gəlir.

Tysona birliyin vəsiqəsi qiyabi olaraq veriləcək, çünki Tyson Moskvaya noyabrda gəlməlidir.

Ancaq Rusiya Yazıçılar Birliyinin birinci katibi Qennadiy İvanov deyib ki, onlara Tysondan üzvlük ərizəsi daxil olmayıb və ümumiyyətlə, Tysonun kitab yazdığını indi biliblər.

Oktyabrın 27-də isə Moskvada Tysonun yeni kitabının təqdimatı keçiriləcək. Kitab “Tyson. Rəhmsiz həqiqət “ adlanır.

Bu kitabın orijinalda adı isə "mübahisə doğurmayan", yəni aydın həqiqətdir və kitabın adında "mənim avtobioqrafiyam" sözləri də var.

Tayson yazır ki, onun "ən böyük zəifliyi hissiyyatlı olmağıdır". "Mən çox həssas, hissiyyatlı insanam".

Tyson 2013-cü ilin dekabrında Fox News-a müsahibəsində deyirdi ki, müsəlman olmağına görə minnətdardır və onun Allaha ehtiyacı var.

Tyson Qinnesin rekordlar kitabına iki dəfə düşüb: ağır çəkidə peşəkarlar arasında ən gənc çempion kimi və ən tez nokautların sayına görə.

Tyson 1992-1995-ci illərdə zorlama ittihamı ilə həbsdə yatıb.

1997-ci ildə isə Evander Holyfieldin qulağını dişləmişdi.

Oktyabrın 23-də Vladimir Khryunov RİA Novosti agentliyinə deyib: “Üzvlük prosedurasına uyğun olaraq kitabın özünü və Mike Tysonun müraciətini Rusiya Yazıçılar Birliyinə verdim. İndi yaxın vaxtlarda Moskva bölməsinin rəhbəri Vladmir Boyarinov idarə heyətini toplayacaq. Onlar həm kitaba, həm də müraciətə baxacaqlar. Qərar nə vaxt veriləcək, - deyə bilmərəm. Ancaq prosedura işə salındı”.

XS
SM
MD
LG