Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:47

Gerard Depardieu Mordovada restoran açacaq


Gerard Depardieu
Gerard Depardieu
Bu yaxınlarda Rusiya vətəndaşlığı almış məşhur fransalı aktyor Gerard Depardieu (Jerar Depardye) Mordovanın paytaxtı Saranskda qeydiyyata düşüb.

Məlumatlara görə, o könə dostu, “Qosfilmofonda”nın direktoru Nikolai Borodachevin qohumlarından birinin evinə yazılıb.

Aktyor bizneslə məşğul olacağı, restoran açacağını istisna eləmir.

Gerard Depardieu bu ilin yanvarında Rusiya vətəndaşlığı alıb.

O bu addımı ölkəsində hakimiyyətə gəlmiş sosialist Fransa hökumətinin planlaşdırdığı kəskin vergi siyasətinə qarşı atıb.
XS
SM
MD
LG