Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 19:46

Ağ Ev məlumatına görə ABŞ prezidenti Barack Obama oktyabrın 13-də BMT baş katibi Ban Ki-Moon-la danışıb. Tərəflər razılaşıblar ki, “Ebola böhranıyla qətiyyətlə mübarizə aparmaq üçün” beynəlxalq ictimaiyyət işləri sürətləndirilməlidir.

Obama Fransa prezidenti Francois Hollande ilə də əlaqə saxlayıb. Danışıqlarda xəstəliyin yayıldığı Afrika ölkələrində müalicə obyektlərinin qurulması üçün daha çox iş görülməsinin vacibliyi vurğulanıb.

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, Ebola virusu cəmiyyətin “mövcudluğunu” belə hədələyir. Qurumun rəhbəri Margaret Chan Qərbi Afrikada 4 mindən çox adamın ölümünə səbəb olmuş Ebola virusunun “beynəlxalq sülh və təhlükəsizlik üçün böhran” yaratdığını bildirirb.

Günün bütün mövzuları

XS
SM
MD
LG