Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 08:41

Kerry iraqlıların ölkələrini geri almaq üçün İD-lə vuruşmalı olduğunu deyir


John Kerry

ABŞ Dövlət katibi John Kerry oktyabrın 13-də Qahirədə çıxış edərək bildirib ki, İraqda irəliləyən İslam Dövləti yaraqlıları ilə vuruşmaq iraqlıların üzərinə düşür.

Bu arada İraqda baş verən partlayışlarda azı 67 nəfər ölüb. Hökumət qüvvələri ilə İD yaraqlıları arasında döyüşlər qızışıb.

Kerry bildirib ki, Vaşinqton Suriyanın mühasirədə olan Kobani şəhərində “faciə”dən dərin narahatlıq keçirir, ancaq İD yaraqlılarına qarşı dura biləcək koalisiyanı tam formalaşdırmaq vaxt alacaq. Onun sözlərinə görə, hər şeydən öncə İraqdakı İD yaraqlıları ilə mübarizəyə diqqət ayrılmalı, eləcə də Suriyadakı mövqeləri dağıdılmalıdır.

BMT rəsmiləri xəbərdarlıq edib ki, yaraqlılar Kobanini tutarsa, qırğın baş verə bilər. 3 həftədir Kobani yaraqlıların hücumuna məruz qalır.

XS
SM
MD
LG