Keçid linkləri

2017, 23 May, çərşənbə axşamı, Bakı vaxtı 07:21

Malayziya təyyarəsinin axtarışı bərpa olunur


Oktyabrın 6-da Hind Okeanında Malayziya təyyarəsinin axtarışı bərpa olunub. Təyyarə altı aydır yoxa çıxıb.

3 gəmi Avstraliyanın qərb sahilində təyyarənin axtarışına başlayacaq. Daha iki gəmi bu ayın sonunda axtarışa qoşulacaq.

Boeing 777-nin axtarışı zamanı müasir texnologiyadan istifadə olunur. Təyyarə martın 8-də Kuala Lumpurdan Pekinə uçarkən yoxa çıxıb. Təyyarədə 239 sərnişin olub.

Axtarış 4 ay idi təxirə salınmışdı, axtarış zonasında, Avstraliyanın 1.800 km qərbində dənizin dibinin xəritəsi çəkilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG