Britaniyanın baş naziri David Cameron yeni hökumətin liderləri ilə görüşmək üçün Əfqanıstana gözlənilməz səfər edib.
Səfərlə bağlı detallı məlumatlar verilmir.
Dörd gün əvvəl ölkənin yeni prezidenti Ashraf Ghan-ın inaqurasiya mərasimi keçirilib.
Böyük Britaniya 2001-ci ildən bəri Əfqanıstanla hərbi əməkdaşlıq edən ABŞ-dan sonra ikinci böyük ölkədir.
Talibana qarşı mübarizədə 450-dən çox Britaniya əsgəri öldürülüb.