Üç şəhəri, üç ölkəni birləşdirən düz xətt - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi. Ümidli insanlar, böyük gözləntilər və dəqiq bilinməyən gerçəkliklər. Qars şəhərində yerli insanlarla söhbətləşdik. Onların bu layihədən gözləntiləri nədir? Onların fikrincə reyslərdəki qatarlar onların güzəranına nə kimi dəyişikliklər gətirəcək? Abbas Atilay Qarsdan çəkib araşdırıb.
Bakı-Tbilisi-Qars - Ümid yolçuluğu
17
Qarsın Ermənistanla sərhəddə yerləşən Akkaya qəsəbəsinə aid bir kənd evi. Belə kəndlərdə adətən insanlar bu cür evlərdə və bir çox vaxt ev heyvanları ilə birgə yaşayırlar.
18
Akkaya qəsəbəsinin Ermənistanın Gümrü şəhəri ilə sərhəddə yerləşən bir dağ kəndinin balaca qızları.
19
Ayaqqabı boyaçıları.
20
Əhməd bəy, Qarsın mərkəzi bazarında dəmirçilik edir. Bu peşə onlarda bir neçə nəsildir davam edir. Əhməd bəy, əvvəllər bu emalatxanada atası ilə birgə işləyərdi, indi artıq atası yaşlanıb, işləyə bilmir.
Əhməd bəy deyir ki, həyatımız yeknəsək olduğundan bu layihə söhbəti ortaya çıxdığı vaxtdan sevincərək olmuşuq. Fikirləşirik ki, artıq şəhərimiz fərqli adamlar da görəcək. Şəhərimizə turist gəlişi artıqca işlərimizin də gətirdiyi qazanc sözsüz ki, artacaq.