Sarıqamış Türkiyənin şimal qərbində Qars vilayətinə aid qəsəbədir. Kiçik qəsəbədir, amma adı Türkiyə və I Dünya Müharibəsi tarixinə düşmüş bir məkandır. Bu fotolar sizi Sarıqamışa aparır.
Tarixə böyük hərflərlə yazılmışkiçik qəsəbə - Sarıqamış
13
Qışda hava tempraturu -35, -40a qədər düşə bilir. Yuxarıda qeyd etdiyimiz I Dünya Müharibəsi zamanı "Sarıqamış faciəsi" kimi də tanınan hadisə burada sırf iqlimin çətinliyi ilə bağlı olmuşdur.
14
I Dünya Müharibəsi zamanı Türkiyənin cənub-Şərqini Çar ordusundan azad etmək üçün hərbi Nazir Ənvər Paşanın hazırladığı planla 1915-ci ilin yanvarın ilk günlərində 125 minlik osmanlı əsgəri Sarıqamış və "Allahu Əkbər"dağlarından irəliləyərək Çar ordusuna zərbə endirəcəkmiş.
15
Amma Sarıqamışın -40 soyuğuna əsgərlər cəmi 15 saat tab gətirə bilmiş və bəzi məlumatlara görə 60, bəzilərinə görə isə 90 min türk əsgəri güllə atmadan donaraq həlak olmuşlar. Həmin hadisə Osmanlı və Türkiyə tarixində "Sarıqamış Faciəsi" kimi xatırlanır.
16
"Sarıqamış Faciəsi" zamanı həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə.