Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:16

Oliqarx Usmanov VKontakte saytını aldı


-

Kremlə yaxın olan rusiyalı oliqarx Alisher Usmanovun media şirkəti Rusiyanın ən populyar sosial media vebsaytların olan Vkontakte-ni tam nəzarətə almağa 1 milyard 500 milyon dollar verib.

Usmanovun sahibi olduğu Mail.ru sentyabrın 16-da bəyanat yayıb ki, Mail.ru Vkontakte-də səhmlərin 48 faizini almaqla bütün səhmlərə sahib olur.

Mail.ru ilk dəfə 2007-ci ildə Vkontakte saytına investisiya etmişdi və o vaxtdan bu sayta 2 milyard 100 milyon dollar pul qoyub.

Vkontakte Rusiyanın Yandex axtarış sistemindən sonra ən çox daxil olunan saytıdır.

Vkontakte-ni yaradan və onun keçmiş rəhbəri olan Pavel Durov bu ilin əvvəlində Rusiyanı tərk etdi. O demişdi ki, Rusiya indiki məqamda internet biznesinə uyğun deyil.

Sentyabrın 16-na əldə olunan razılaşma ilə Mail.ru, Durov və onun keçmiş biznes tərəfdaşları bir-birlərinə qarşı məhkəmə iddialarından imtina ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG