1918-ci ilin bu günündən - 15 sentyabrda Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakıya daxil olaraq şəhəri daşnak - bolşevik işğalından azad etməsindən 96 il ötür.
Bakının qurtuluş günü
1
1918-ci ilin bu günü - 15 sentyabrda Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri daşnak-bolşevik işğalından azad edib.
2
1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan olunsa da, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar daşnak-bolşevik işğalı altında olub.
3
Belə bir şəraitdə Osmanlı Türkiyəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə bu ölkənin hərbi naziri Ənvər Paşanın qardaşı Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Bakıya göndərib.
4
Bununla həm Azərbaycanın müstəqilliyi möhkəmlənib, həm də daşnak-bolşevik birləşmələrinin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncə şəhərindən Bakıya köçürülüb. Üç ay sonra isə ölkə parlamentinə seçkilər keçirilib.