Paris məhkəməsi çılpaq soyunub etiraz aksiyaları keçirən Ukraynanın Femen qadın təşkilatına qarşı iddiaya baxaraq bu quruma bəraət verib. Femen keçən il fevralın 12-də Parisdə Məryəm Ana Kilsəsində aksiya keçirməkdə ittiham edilirdi. Paris məhkəməsi sentyabrın 10-da Femen-in belə aksiyalar keçirmək hüququnun olduğunu bildirib. Femen üzvləri olan qadınlar çılpaq soyunaraq müxtəlif ölkələrdə ictimai-siyasi məzmunlu etiraz aksiyaları keçirirlər. Həmin aksiyalardan bəzilərində çəkilmiş fotoları təqdim edirik.
Femen-in çılpaq etirazları

1
Kiyev, iyul 2013-cü il. Femen-çilər Rusiyada müxalifət liderlərindən olan Aleksei Navalny-nı müdafiə aksiyası keçirirlər.

2
Dekabr 2012-ci il. Femen-çilər Brüsseldə səfərdə olan Rusiya prezidenti Vladimir Putinin əleyhinə etiraz aksiyası keçirirlər.

3
Femen üzvləri parisdə Məryəm Ana Kilsəsi önündə. Fevral, 2013.

4
Femen üzvləri parisdə Məryəm Ana Kilsəsində. Fevral, 2013. а