Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 16:38

Bakıda marşrut qiymətləri dəyişib


Bakının bəzi marşrutlarında gediş haqqı dəyişib. Tarif Şurasının «Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə» qərara etdiyi dəyişiklikdən sonra qiymətlərdə fərq yaranıb.

APA-nın məlumatına görə, yenilənən qərara əsasən 23 marşrut üzrə qiymətlər dəyişib. Qiymətlərin dəyişməsi bu marşrutların hərəkət sxemlərindəki dəyişikliklə əsaslandırılıb.

15 marşrutun gediş məsafəsi artırıldığından qiyməti bahalanıb, 8-də isə azaldığından qiymətlər aşağı salınıb.

Məsafəsi artan 15 marşrutun 11-də gedişhaqqı 5 qəpik, 2-sində 10 qəpik, digər ikisində isə 15 qəpik qaldırılıb.

Məsafəsi azalan marşrutların 7-də gedişhaqqı 5 qəpik, birində isə 15 qəpik aşağı salınıb.

Multimedia

XS
SM
MD
LG