Gədəbəyin təbii gözəlliklərindən sadəcə biri - Turş su. Amma buranı yerli əhalidən başqa tanıyan yəqin ki, bir də əsgər yaxınlarıdır. Bu cür təbii gözəlliyi, istirahət üçün əlverişli imkanları, mineral bulaqları olan yerin tanınmasına, turislər üçün cəlbedici olmasına nə mane olur. Bu maneələrdən sadəcə biri və ən əsası haqda Abbas Atilay danışır.
Turş su

1
Gədəbəyin indilərdə məşhurluğunu itirmiş, unudulmuş bulaqlarından "Turş su".

2
Rayondan kənarda o qədər də məşhur olmasa da, bu bulaq və ətrafı yerli sakinlərin istirahət üçün əsas seçim yerlərindən biridir.

3
El arasında deyildiyinə görə böyrəklərə çox faydası olan bu bulaq o qədər də güclü qaynamır, amma suyu dadlıdır.

4
Bulaq Miskinli, Qala kəndindən təqribən 8-10 km uzaqlıqdadır. Yol o qədər də uzaq olmasa da ora getmək hər maşının işi deyil. Sonuncu dəfə ora yolun nə zaman hamarlandığını nə görən, nə də eşidən olub.