Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 20:20

Ukraynada itkin düşən fotoqraf Andrei Stenin öldürülüb


Ukraynada itkin düşən fotoqraf Andrei Stenin

«Rusiya bu gün» (Rossiya Segodnya) təsdiqləyib ki, ötən ay Ukraynada itkin düşən fotoqraf Andrei Stenin öldürülüb.

«Rusiya bu gün»ün direktoru Dmitry Kiselyov sentyabrın 3-də bildirib ki, rusiyayönlü separatçıların nəzarət etdiyi Donetskin kənarında yanmış nəqliyyat vasitəsində tapılan cəsədin Steninə məxsus olduğu aydınlaşıb.

Stenin Ukraynanın şərqində, separatçıların Ukrayna hökumət qüvvələri ilə döyüşdüyü ərazilərlə işləyirdi, onunla axırıncı dəfə avqustun 5-də danışılmışdı.

Kiselyov deyib ki, Stenin öz işi ilə məşğul olan zaman içində olduğu avtomobil alışıb yanıb.

Human Rights Watch və Jurnalistlərin Müdafiə Komitəsi Ukrayna hakimiyyətini Steninin yerini müəyyənləşdirməyə çağırmışdılar. Onlar güman edirdilər ki, Stenin Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb.

XS
SM
MD
LG