Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 21:29

Erdoğan sentyabrın 2-də Azərbaycana gəlir


-

Erdogan Türkiyə prezidenti kimi ilk səfərini sentyabrın 1-də Şimali Kiprə edib.

Erdogan Şimali Kipr Türk Respublikasının lideri Dervis Eroglu ilə görüşündə deyib ki, Kipr məsələsini bu həftə NATO sammitində və bu ay BMT Baş Məclisində müzakirə edəcək.

Erdogan sentyabrın 2-də Azərbaycana gedəcək.

Erdogan bundan sonra sentyabrın 4-də Uelsdə NATO sammitinə yola düşəcək.

Erdoganın Şimali Kiprə səfəri ərəfəsi İstanbul prokurorluğu sentyabrın 1-də 96 nəfərə qarşı korrupsiya ittihamlarını götürüb. Onlar arasında prezident Erdoganın oğlu Bilal da var.

Türkiyədə sentyabrın 1-də polis zabitlərinin həbsləri davam edib. Onlarla polis zabiti həbs olunub. Bütün ölkə boyu keçirilən reyddə həbs olunan zabitlər Erdogan hakimiyyətini devirmək cəhdində şübhəli bilinirlər.

Həbslər Türkiyənin 16 şəhərində keçirilib.

NTV-nin məlumatına görə, azı 20 polis zabiti tutulub.

Bu, iyuldan bəri 4-cü belə reyddir. İlk belə reyddən sonra Erdogan tutulanları "paralel dövlət" yaratmaqda ittiham etmişdi.

Erdogan Davutoğlunu baş nazirliyə təqdim edəndə demişdi ki, Davutoglunu ona görə seçib ki, o , parlalel dövlətlə mübarizə aparmaqda qətidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG