Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 02:16

«Onu döyəndə elə yerlərindən vurublar ki, əsəb sistemi korlanıb»


İlqar Nəsibov

İlqar Nəsibov

-

Naxçıvanda döyülən hüquq müdafiəçisi İlqar Nəsibovun vəziyyəti yaxşılığa doğru irəliləyir. Bu haqda AzadlıqRadiosuna İlqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib. Onun sözlərinə görə İlqar Nəsibov artıq normal qidalanmağa başlayıb:

«Hələlik təhqiqatın nəticələrindən xəbər yoxdur. Biz də gözləyirik. İlqarın vəziyyəti yaxşılığa doğru xeyli irəliləyib. Artıq yeməyə başlayıb deyə, bədəni güclənib. Buna baxmayaraq, çox danışa bilmir. Danışdıqca əsəbiləşir. Onu döyəndə elə yerlərindən vurublar ki, əsəb sistemi korlanıb. Hələ ki, bədənindəki sınıqların müalicəsinə başlanmayıb. Bir az da yaxşılaşsın, həkimə müraciət edəcəyik».

Hüquq müdafiəçisi İlqar Nəsibov avqustun 21-i axşam saatlarında döyülüb. Aldığı zərbələrdən huşunu itirən Nəsibovu hadisə yerinə çağırılan polislər və həyat yoldaşı xəstəxanaya çatdırıb. Naxçıvan hüquq-mühafizə orqanlarından zərərçəkənə verilən məlumata görə, hadisədə əli olanlardan biri - Fərid Əsgərov saxlanılıb. Naxçıvan DİN-i məlumat yayaraq, hadisənin məişət zəminində baş verdiyini açıqlayıb.

İlqar Nəsibovla həyat yoldaşı Məlahət Nəsibova Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.

Şərhləri göstər

XS
SM
MD
LG