Keçid linkləri

2017, 26 Fevral, bazar, Bakı vaxtı 02:38

-

Qazaxıstan prezidenti Nursultan Nazarbaev deyib ki, əgər ölkədə başqa dillər qadağan edilsə, Ukrayna ssenarisi baş verə bilər.

Qazaxıstanda əhalinin təxminən 25 faizi ruslardır.

Prezident bildirib ki, hökumət dövlət dilinin inkişafı üçün hər şey edib: “Konstitusiyada yazılıb ki, dövlət dili qazax dilidir. Heç kimə deyilmir ki, qazaxca danışma. Bilirəm, bizim yazıçılar, ictimai xadimlər şikayətlənirlər ki, qazax dili miskin vəziyyətdədir, buna görə də 20 illik müstəqillik dövrümüzdə dilimiz inkişaf etmir.” – deyə prezident “Xabar” kanalına bildirib:

“Əgər biz qanun qəbul edib qazax dilindən başqa dilləri qadağan etsək, Ukraynaya çevrilərik. Ya gərək bunu edib müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalasan, ya da buna getməyib problemləri həll edəsən. Buna görə də düşünürəm ki, bu işdə səbr lazımdır”

Nazarbaev bəzi əcnəbi sözlərin qazax dilinə çevrilməsindən də narazıdır:

“Pianinonu “kuysandık” kimi çeviririk, yaxud dünyada hamı “kompozitor” deyir, biz bunu “sazger” edirik. Bunlar sözün mənasına uyğun deyil. Düşünürük ki, rus dilindən uzaqlaşmaq lazımdır və onları əvəz etmək üçün türk, ərəb, fars dillərindən sözlər götürürük, bununla da işləri korlayırıq...”

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG