Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 23:37

Azərbaycan ordusu yeni silahlarını nümayiş etdirir (fotolar)

Avqustun 14-də Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının "Buk-MB" zenit-raket komplekslərindən iştifadə olunmaqla təlimləri davam edib. Müdafiə Nazirliyinin rəsmi məlumatında qeyd edilir ki, təlimlərin əsas məqsədi şəxsi heyətin döyüş tapşırığını icra etməsi, hərəkətdə olan qoşun qruplaşmalarının, mühüm hərbi və mülki obyektlərin hava zərbələrindən mühafizəsinin təşkil olunmasıdır. Təlimlər zamanı ehtimal olunan düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində pilotsuz və pilotlu hava hücumu vasitələrini, digər hava hədəflərini, o cümlədən, ballistik və qanadlı raketləri aşkarlamaq, tanımaq, avtomatik izləməyə götürmək və atəşlə məhv etmək kimi praktiki məşqlər həyata keçirilib. Təlimlər davam edir. Müdafiə Nazirliyinin rəsmi fotoları.

Davamı

Şərhlər (6)

Bu forum dayandırılıb

Bölmələr

XS
SM
MD
LG