Famil Mahmudbəyli Ağdamın Orta Qərvənd kəndində bir ailənin bir gününü fotolarla canlandırır. Cəbhə bölgəsində yaşamağın nə olduğunu onların dili ilə çatdırır.
Orta Qərvənd kəndi; Güllə izli qapının sakinləri
5
Orta Qərvənd sakini: «Əvvəllər tək-tək atırdılar. Öyrəşmişdik ki, müharibə zonasıdır. Amma daha belə qorxu içində yaşamırdıq...».
6
Simuzər Bağırova: «Əlimiz-qolumuz soyuyub. Soğanlıqdakı məhsulu gedib yığa bilmirik. Evimizi axırıncı dəfə nə vaxt təmir etmişik, yadımda deyil».
7
Simuzər Bağırova: «Atışmalar günü uşaq əlini boşqaba uzatmadı. Dedim niyə yemirsən, dedi iştaham yoxdur. Ac yatdı...».
8
Ailənin qonaq otağı. Simuzər xala deyir ki, bu aralar qapılarını döyən qonaq yoxdur. Atışmaya görə özləri qohumlarına qonaq gedirlər ki, təhlükədən bir az uzaq olsunlar.