Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 17:15

Qəzet və baş redaktor cərimələndi


Eynulla Fətullayev qərardan Avropa məhkəməsinə şikayət edəcəyini bildirdi
Eynulla Fətullayev qərardan Avropa məhkəməsinə şikayət edəcəyini bildirdi

Sentyabrın 1-də Yasamal Rayon Məhkəməsi Daxili İşlər naziri Ramil Usubovun «Realnı Azərbaycan» qəzetinə qarşı iddiasına baxıb. Məhkəmə birinci mülki iddiaya dair qərar çıxarıb. İddiaya görə qəzetdə dərc olunmuş «Antibiotikin iflası», «Antibiotik və jurnalistlər» məqalələrinə görə qəzet təkzib verməlidir. Eyni zamanda Daxili İşlər nazirini Hitlerə oxşadan kollajın dərc olunduğu yerdə qəzet Ramil Usubovdan üzr istəməlidir. Məhkəmənin qərarı ilə dəyən mənəvi ziyanlara görə, qəzet 5 min, baş redaktor Eynulla Fətullayev isə 10 min manat cərimələniblər.


Ramil Usubov həmçinin böhtan və təhqirə görə Eynulla Fətullayevin Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını da tələb edir. İddiaçı tərəf baş redaktorun 2 il altı ay şərti azadlıqdan məhrum edilməsini istəyir. Məhkəmə bu məsələyə də baxıb və hökm sentyabrın 4-də elan olunacaq.


Cavabdeh tərəfin vəkili İsaxan Aşurov eyni iddiaya görə mülki və cinayət işinin qaldırılmasını düzgün hesab etmədiyini deyib. «Realnı Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev məhkəmənin qərarına münasibət bildirərkən deyib: «Azərbaycanda məhkəmələr icra orqanlarının əlavəsidir. Azad olmayan məhkəmədən belə qarar gözlənilən idi». Cənab Fətullayev Yasamal məhkəməsinin qərarından apelliyasiya şikayəti verəcəyini və hətta Ali Məhkəməyə, Avropa Məhkəməsinə də müraciət edəcəyini bildirib.


XS
SM
MD
LG