Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:27

Jurnalist 1 il şərti azadlıqdan məhrum edildi


Fikrət Fərəməzoğlu Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti edəcəyini bildirdi
Fikrət Fərəməzoğlu Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti edəcəyini bildirdi

Avqustun 25-də Nəsimi Rayon Məhkəməsinin qərarıyla «24 saat» qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlu bir il müddətinə şərti azadlıqdan məhrum edildi. Qərar Daxili İşlər naziri Ramil Usubovun şərəf və ləyaqəti ləkələyən və onu nüfuzdan salan məlumatları yaymaq iddiasına əsasən çıxarıldı. Qərara görə, sınaq müddəti ərzində cənab Fərəməzoğlu başqa cinayət törətməzsə, hökm icra olunmayacaq. Fikrət Fərəməzoğlu məhkəmənin qərarını obyektiv hesab etmir: «Öz imzamla dərc etdirdiyim yazıların heç birində Ramil Usubova qarşı hər hansı böhtan, şərəf və ləyaqətə xələl gətirəcək epizodlar yoxdur. Bunu təkcə mən yazmıram, bütün cəmiyyət bundan danışır».


Fikrət Fərəməzoğlu Nəsimi Rayon Məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə şikayət edəcəyini bildirdi.


Avqustun 25-də Yasamal Rayon Məhkəməsində isə Daxili İşlər naziri Ramil Usibovun başqa bir jurnalistə - «Realnıy Azerbaydjan» qəzetinin baş redaktoru Eynulla Fətullayevə qarşı iddiası üzrə məhkəməyə hazırlıq iclası keçirildi. Hakim məhkəmə baxışını avqustun 28-nə təyin etdi. Nazir «Realnıy Azerbaydjan» qəzetindəki bir sıra yazılarda onun şərəf və ləyaqətinin təhqir olunduğunu və ona böhtan atıldığını, qəzetin 30 min yeni manat məbləğində cərimələnməsini, təkzib verilməsini və üzr istənilməsini tələb edir.


Ötən həftə bir sıra qəzet redaktorları ilə Daxili İşlər naziri Ramil Usubovun görüşündə bu tip məhkəmələrlə bağlı görüş keçirilmişdi.


Avqustun 24-də isə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun iddiasına əsasən, Yasamal Rayon Məhkəməsi mənəvi zərərə görə, «Realnıy Azerbaydjan» qəzetinin əməkdaşı Əhməd Babayevin də 5 min yeni manat həcmində cərimə olunması barədə qərar çıxarıb.



AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG