Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:29

Sabiq ədliyyə işçiləri ittihamlarla razılaşmırlar


Avqustun 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 24 nəfər keçmiş ədliyyə işçisinin ötən həftə təxirə salınan məhkəməsi keçirilib. Mənimsəmə və israfetmə, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə də təqsirləndirilən Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin bəzi sabiq əməkdaşları onlara verilən ittihamlarla razılaşmayıblar. Təqsirləndirilən şəxslərin vəkilləri isə məhkəməyə əlavə şahidlərin gəlməsini tələb ediblər.


Hakim Eynulla Vəliyev «Azadlıq» radiosuna bildirib ki, əsas şahidləri dindirəndən sonra gələcək məhkəmə iclaslarının birində bu vəsatətlə bağlı da müzakirə aparacaqlar.


Avqustun 23-də isə təqsirləndirilən şəxslərin ifadəsi dinlənib. Proses avqustun 24-də davam edəcək.


Sabiq ədliyyə işçiləri ötən il həbs olunublar. Onların arasında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin İntendant Təchizat və Ticarət Bazasının sabiq rəisi Cavanşir Cabbarov və bir neçə Cəzaçəkmə Müəssisəsinin yüksək vəzifəli şəxsləri də var.


XS
SM
MD
LG