Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:10

Mərənd zindanında görünməmiş işgəncə


Əli Xodabəxşiyə həbsxanada həkim yardımının edilib-edilmədiyi barədə heç bir məlumat yoxdur
Əli Xodabəxşiyə həbsxanada həkim yardımının edilib-edilmədiyi barədə heç bir məlumat yoxdur

«İran» qəzetində çap olunmuş karikaturalara etiraz etdiyinə görə həbs olunmuş və işgəncəyə məruz qalmış Əli Xodabəxşi barədə «Amnesty International»ın beynəlxalq kampaniya başlayıb.


Təşkilatın bu haqda verdiyi bəyanatda iyunun 8-də həbs olunan Əli Xodabəxşiyə «etiraflar» alınması məqsədilə işgəncə verildiyi bildirilir. Həmin məlumata əsasən Elyaz Yekanlı kimi də tanınan Əli Xodabəxşi İran azərbaycanlılarının sosial siyasi hüquqları uğrunda məşhur fəallardandır. Ona qarşı hələ rəsmən heç bir ittiham irəli sürülməyib və bu günədək vəkillə təmin olunmayıb.


Bəyanatda Xodabəxşinin döyüldüyü və elektrik şokuna məruz qaldığı xəbər verilir və işgəncələr nəticəsində səhhətinin ağırlaşdığı ehtimal edilir. «Amnesty International» məhbusun ailəsinə istinad edərək, Qırxlar həbsxanasında görüş zamanı onun çox zəif olduğu və demək olar ki, danışmadığını bildirir.


Elektrik şokundan sonra onun hal-hazırda müvazinətini saxlaya bilmədiyi, ürək, böyrək, mədə bağırsaq sistemində ağrılardan şikayət etdiyi, eşitmə və görmə qabiliyyətinin zəiflədiyi də bildirilir. Bütün bunlarla yanaşı ona həbsxanada həkim yardımının edilib-edilmədiyi barədə heç bir məlumat yoxdur.


Verilən məlumatlara görə, Xodabəxşi Qırxlar həbsxanasında narkoman və ağır cinayətkarlarla bir kamerada saxlanılır və orada təzyiqlərə məruz qalır. Həbsxana müdiriyyəti Xodabəxşiyə dəli olanadək orada saxlanılacağını deyiblər.


İyunun 8-də həbs olunan və Mərənd şəhərinin Qırxlar zindanında saxlanan Əli Xodabəxşinin (Elyaz Yekanlı) azərbaycanlıların milli və mədəni hüquqları uğrunda fəaliyyət göstərdiyinə görə 1993-cü ildə də həbs olunmuşdu. Xodabəxşi sonralar Türkiyəyə köçmüş və 2005-ci ilin sentyabrında BMT ona sığınacaq vermişdi.


2006-cı ilin əvvəlində ailəsini ziyarət etmək üçün İrana dönən Xodabəxşi may mitinqlərində iştirak etmiş, iyunun 8-də isə həbs edilərək Ettelaatın (Təhlükəsizlik İdarəsinin) Təbrizdəki təcridxanasına salınmışdı.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG