Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:52

İranın ən tanınmış Azərbaycan fəallı Çingiz Bəxtavər azadlığa buraxılıb


Çingiz Bəxtavər ona qarşı irəli sürülən ittihamlarının əsassız olduğunu bildirib
Çingiz Bəxtavər ona qarşı irəli sürülən ittihamlarının əsassız olduğunu bildirib

Avqustun 20-də Çingiz Bəxtavər iki aydan artıq həbsdən sonra zaminə azadlığa buraxılıb. May ayında etiraz nümayişləri zamanı o, nəzarət altına alınaraq, yaşadığı Təbriz şəhərinin həbsxanasında saxlanılmış, sonra Tehranın Evin zindanına keçirilmiş, iyulun 20-də isə yenidən Təbrizə qaytarılmışdı.


Həbsdə olarkən cənab Bəxtavər özünün qeyri-qanuni həbsi və zindanda olarkən məruz qaldığı işgəncələr haqqında açıq məktub yazmışdı. Məktubda Çingiz Bəxtavər ona qarşı irəli sürülən xarici ölkələrə İran dövlətinin əleyhinə casusluq etmək və may aksiyaları zamanı təxribatları təşkil etmək ittihamlarının əsassız olduğunu, özünün Tehranın Evin zindanına keçirilməsinin qeyri-qanuni olduğunu bildirib.


Oğlu Babək Bəxtavər tərəfindən yayılan məktubda daha sonra Çingiz Bəxtavər yazıb ki, o, əqidəsinə görə həbs olunub, dinc etiraz aksiyaları zamanı nəinki heç bir təxribat təşkil etməyib, hətta təxribatlara qarşı çıxış edib.


Oğlu Babəkin verdiyi məlumata görə, atası ailəsi ilə telefon danışıqları zamanı işgəncələrə məruz qaldığını bildirmiş və açıq məktubunda da azad edilməyəcəyi təqdirdə beynəlxalq instansiyalara müraciət edəcəyini yazmışdı.


XS
SM
MD
LG