Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:04

Çevik Polis Alayı Daxili İşlər Nazirliyinin tabeliyinə verildi


Çevik Polis Alayı iyulun 31-dən etibarən Daxili İşlər Nazirliyinin tabeliyinə verilib
Çevik Polis Alayı iyulun 31-dən etibarən Daxili İşlər Nazirliyinin tabeliyinə verilib

İndiyə qədər Bakı Şəhər Baş Polis İdarəsinin tabeliyində olan Çevik Polis Alayı iyulun 31-dən etibarən Daxili İşlər Nazirliyinin (DİN) tabeliyinə verilib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, çevik polis alayının yerinə yetirdiyi funksiyalar təkcə Bakıya deyil, bütün respublikaya aid olduğu və nizami polis dəstələrinin bir mərkəzdən idarə olunmasının vacibliyi nəzərə alınaraq belə bir addım atılıb. Ehsan Zahidovun sözlərinə görə, bundan sonra Çevik Polis Alayı təkcə Bakıda deyil ölkənin istənilən nöqtəsinə fəaliyyət göstərə biləcək.


DİN-in sabiq əməkdaşı polkovnik-leytenant Mahmud Hacıyev hesab edir ki, bu nazirliyin daxili təlimatları ilə tənzimlənən məsələdir. Amma burda bəzi ziddiyyətli məqamların da olduğunu deyən Mahmud Hacıyevə görə, əslində indiki məqamda bu Bakı Baş Polis İdarəsinin rəhbəri Məhərrəm Əliyevlə bağlı ola bilər. Onun sözlərinə görə, nazirlə paytaxt polisinin rəhbəri arasında soyuq münasibətlər artıq heç kimə sirr deyil. Bu baxımdan da Çevik Polis Alayının bilavasitə nazirliyin tabeliyinə keçirilməsi Bakı Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevin zəiflədilməsi kimi başa düşülə bilər.


XS
SM
MD
LG