Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 08:13

Ombudsman Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinə müraciət etdi


İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova ikinci qrup Qarabağ əlili Rasim Əlişovun ölümüylə bağlı Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinə müraciət edib. Ombudsman xahiş edir ki, iyulun 25-də Mingəçevir Şəhər Polis İdarəsində müəmmalı şəkildə dünyasını dəyişən Rasim Əlişovun ölümüylə bağlı Mincəçevir prokurorluğunda başlanan cinayət işinin obyektiv aparılmasını diqqətdə saxlasınlar.


Yaxınları Rasim Əlişovun polis idarəsində döyülərək öldürüldüyünü iddia edirlər.


Mingəçevir şəhər prokuroru Ağarəhim Rəhimov isə «Azadlıq» radiosuna bildirib ki, ağır nəticələrə səbəb olmuş vəzifə səlahiyyətini aşma ittihamıyla şəhər polisinin bir neçə əməkdaşı istintaqa cəlb olunub. Prokuror bildirir ki, Rasim Əlişovun bədənində xəsarətlər olub, amma onun dünyasını dəyişməsinin səbəbini məhkəmə-tibb ekspertizası deyəcək.


Ekspertiza rəyinin 5-6 günə açıqlanacağı gözlənir.



XS
SM
MD
LG