Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:58

Vətəndaşlar şəxsiyyət vəsiqəsi alarkən niyə şikayətlənirlər?


Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsi
Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsi

Bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2006-cı ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə polisin uğur və nöqsanlardan danışıldı. BŞBPİ-nin rəisi Məhərrəm Əliyev ən ciddi nöqsanların qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrində olduğunu bildirdi. Hətta həmin nöqsanlara görə bir neçə rayon şöbə rəislərinin və əməkdaşlarının cəzalandırıldığı da bildirdi. Amma müşavirədə çıxış edən nə Məhərrəm Əliyev, nə də Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi İdarəsinin rəisi Fazil Məmmədov nöqsanların nədən ibarət olduğuna aydınlıq gətirməyib. «Şəffaflıq» Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin sabiq rəisi Əlövsət Əliyev və sabiq polis rəisi, Elmi Praktik Hüquq Mərkəzinin əməkdaşı Mahmud Hacıyevin iştirakı ilə bu məsələni müzakirə edib.


Əlövsət Əliyev hesab edir bu sistemdə meydana çıxan problemlər vətəndaşlardan qanunda nəzərdə tutulmayan sənədlərin tələb edilməsi ilə bağlıdır.


Mahmud Hacıyev isə Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi idarələrindən həddindən çox şikayətlərin olması bu strukturda bürokratiyanın güclü olması ilə izah edir.


Cənab Hacıyev nöqsanları aradan qaldırmaqdan ötrü inzibati cəzaların qaçılmaz olmasını deməklə yanaşı əlavə edir ki, bununla yanaşı kompleks tədbirlər həyata keçirmək lazımdır. Mahmud Hacıyev onu bildirir ki, pasport qeydiyyatı daxili işlər orqanlarında rahat yer kimi tanındığından bura işləmək üçün adətən vəzifəli şəxslərin uşaqları cəlb olunur: «Fikirləşirlər ki, pasport qeydiyyatı istintaq aparmır, əməliyyatda iştirak etmir, ona görə də vəzifəli şəxslərin uşaqları bu işə cəlb olunurlar. Başqa sözlə desək onların anlamında bu bir aristokrat işdir. Həmin aristokrat oğlanlar da gəlib vətəndaşları süründürməçiliyə salır, bürokratiya ilə məşğul olurlar».


Bəs vətəndaşların qanunsuz qeydiyyata alınması necə həyata keçirilir?


Əlövsət Əliyev bildirir ki, adətən Gürcüstandan gəlmiş şəxslər qeyri-qanuni yollarla qeydiyyata düşürlər. «Qeydiyyat idarələri onları 1998-ci ildən əvvəlki tarixə qeydiyyata alıb şəxsiyyət vəsiqəsi ilə təmin edirlər. Belə hallar üzə çıxarsa, bu zaman həmin şəxsləri tənbeh etmək yox, cinayət məsuliyyətinə cəlb etmək lazımdır». Cənab Əliyev deyir qanuna görə, Bakda yalnız o adamlar qeydiyyata alınmalıdır ki, onun yaşayış yeri olsun və bu haqda arayışı polis idarəsinə təqdim edilsin. «Amma indi kimsə gedib qeydiyyat idarələrinə 300-500 dollar pul versə onlar özləri ev də tapacaq, həmin şəxsi qeydiyyata da alacaq və şəxsiyyət vəsiqəsi təmin olunacaq».


Mahmud Hacıyev hesab edir ki, qeydiyyat idarələrində baş verənlərdən daxili işlər strukturlarının yuxarı etalonunda da məlumatlar var. «Süründürməçiliyin və bürokratiyanın olmasından yuxarıların xəbəri var».


Əlövsət Əliyev deyir ki, neqativ halların aradan qaldırılması üçün inzibati tədbirlərlə yanaşı vətəndaşların da müqaviməti olmalıdır. «Bu sahədə rüşvəti aradan qaldırmağın yollarından biri də budur ki, kişilər qeydiyyat və şəxsiyyət vəsiqəsi verən idarələrdən uzaqlaşdırılmalıdırlar. Kişilərin şəxsiyyət vəsiqəsi verməsinə ehtiyac yoxdur». «Nə üçün belə hesab edirsiniz» sualının cavabında isə cənab Əliyev bildirir: «Bu işin mahiyyəti elədir ki, o bir fiziki qüvvə tələb eləmir, cəsarət tələb eləmir. Düşürəm ki, korrupsiyaya əlləri vərdiş etməyən adamların bu işə cəlb olunması neqativ halların da azalmasına gətirib çıxara bilər».


Dəvət edilmələrinə baxmayaraq, Daxili İşlər Nazirliyinin əlaqədar rəsmi şəxsləri müzakirəyə qatılmayıblar.


DİNLƏYİN!


XS
SM
MD
LG