Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:08

Birinci qrupa qəbul imtahanı keçirildi


Bu il 105 min 537 abituriyent qəbul imtahanlarına qatılacaq
Bu il 105 min 537 abituriyent qəbul imtahanlarına qatılacaq
İyulun 29-da ali məktəblərə birinci ixtisas qrupu üzrə qəbul imtahanı keçirildi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının [TQDK] məlumatına görə, bu ixtisas qrupunda bir yer uğrunda dörd nəfər mübarizə aparıb. Birinci qrupa 8417 yer ayrılsa da, imtahana 29587 abituriyent qatılıb. Onların 22236 nəfəri oğlan, 7351 nəfəri qızlar olub.

Bakı şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli imtahan zamanı xoşagəlməz hallara rast gəlinmədiyini bildirir: «Bakı polisi imtahan verilən 52 binada ictimai asayişi qoruyub. İmtahanlar artıq qurtarıb. Hazırda polis imtahan vərəqələrinin TQDK-ya çatdırılmasına yardım edir».


Dövlət başçısı İlham Əliyevin göstərişi ilə neft və qaz sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə birinci ixtisas qrupu üzrə qəbul imtahanlarını uğurla vermiş 5 nəfər xaricə təhsil almağa göndəriləcək. Bunun üçün 600-dən yuxarı bal toplayan abituriyentlər arasında müsabiqə keçiriləcək. Onlar Dövlət Neft Şirkətinin hesabına təhsil alacaqlar.


Avqustun 3-də üçüncü, avqustun 8-də ikinci və beşinci, avqustun 12-də dördüncü ixtisas qruplarına imtahan keçiriləcək. TQDK-nın məlumatına görə, bu il ümumi plan yeri 25 994 olsa da, 105 min 537 abituriyent qəbul imtahanlarına qatılacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG