Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 19:00

TQDK qəbul imtahanının günlərini açıqladı


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2006-07-ci tədris ili üçün Bakı və Naxçıvan şəhərlərində keçiriləcək ali məktəblərə qəbul imtahanlarının tarixlərini açıqlayıb.


I ixtisas qrupu üzrə 29 iyul;


III ixtisas qrupu üzrə 3 avqust;


II və V ixtisas qrupları üzrə 8 avqust;


IV ixtisas qrupu üzrə isə 12 avqust.


Abituriyentlər «İmtahana buraxılış vəsiqəsi» və «Abituriyentin vəsiqəsi»ni sənədlərini bilavasitə təqdim etdikləri sənəd qəbulu komissiyalarından səhər saat 9-dan axşam 18-də ala bilərlər.


Hərbi ali məktəblər və liseylərə qəbul olan gənclər qəbul imtahanını iyulun 29-da verəcəklər.


TQDK məlumat verir ki, 2006-07-ci tədris ili üçün dövlət və özəl ali məktəblərinə qəbul olunmaq üçün verilən ərizələrin sayı 105537-dir (ötən il 99000 olmuşdur):


Azərbaycan bölməsi üzrə-95507 ərizə (keçən il 89746);


Rus bölməsi üzrə-10030 ərizə (keçən il 9254).


Abituriyentlərə kömək məqsədi ilə TQDK tərəfindən «Abituriyent» jurnalının xüsusi buraxılışı çap olunub. Jurnalın bu sayında abituriyentlər imtahan keçirilən binalara gedən marşrutlar barədə məlumat ala biləcək, imtahanlarla bağlı davranış qaydaları, cavab kartının nümunəsi, psixoloq məsləhətləri ilə tanış ola bilərlər

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG