Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 01:59

«6 ayda cəzaçəkmə yerlərində 211 müxtəlif cinayətin üstü açılıb»


Penitensiar xidmətin 6 ayın yekunları ilə bağlı açıqladığı hesabatda belə deyilir.

Məlumatda qeyd olunur ki, hesabat dövründə qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub.

«Belə ki, 2014-cü ilin birinci yarım ili ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 181 mobil telefon, 517,9 qram çəkidə isə müxtəlif narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb».

Qeyd olunur ki, 6 ay ərzində Penitensiar xidmətin 180 əməkdaşı müxtəlif intizam məsuliyyətinə cəlb olunub, 19 əməkdaş yol verdiyi ciddi nöqsan və pozuntulara, habelə xidmətdən kənar əlaqələrə görə Ədliyyə orqanlarından çıxarılıb.

XS
SM
MD
LG