Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:49

Narkotik ittihamı ilə tutulan İlham Muradov kimdir?


İlham Muradov
İlham Muradov

-

AzadlıqRadiosu iki həftə əvvəl narkotik ittihamı ilə saxlanan Şəmkir rayonu Qaracəmirli kəndinin sakini, 39 yaşlı İlham Muradovla bağlı araşdırma aparıb.

Araşdırma zamanı üzə çıxıb ki, narkotik ittihamı ilə həbs olunanadək mediada İlham Muradovu kosmik sənaye mütəxəssisi, ixtiraçı kimi tanıdan xəbərlər yayılıb.

2013-cü ilin avqustunda Tovuzun «Turan» televiziyasının (TTV) hazırladığı 7 dəqiqəlik sujetdə radiotexnik kimi təqdim olunan İlham Muradov kosmik peyk sənayesində inqilab edəcək şəxs kimi tanıdılır.

Bu ilin martında yenə TTV-də efirə verilən telexəbərdə İlham Muradovun növbəti ixtiralarından söz açılır. Bu dəfə onun ixtira etdiyi bir neçə yeni silah barədə məlumat diqqətə yetirilir. Həmin xəbərdə İlham Muradov ingilis fiziki, elektromaqnit dalğalarını kəşf edən Michael Faraday-lə müqayisə edilir.

İlham Muradov 2014-cü il iyunun 6-da özünün facebook profilində qarlı-yağışlı havada atəş nöqtələrini aydın göstərəcək yeni qurğu ixtira etdiyini yazır.

O, 2014-cü il martın 28-də «Youtube» kanalına yerləşdirdiyi videoda tektonik silah yaratdığını da iddia edir.

Sosial şəbəkələrdə İlham Muradovun həbsi, daha çox yüksək vəzifəli dövlət məmurlarının karikaturalarını yayması ilə də əlaqələndirilir.

Şəmkir rayonu Qaracəmirli kənd sakini İlham Muradov iki həftə əvvəl narkotik ittihamı ilə həbs edilib. Qardaşı Arif Muradovun AzadlıqRadiosuan dediyinə görə, İlham Muradovu 13 mülkigeyimli şəxs aparıb:

«8 gün gəzəndən sonra qardaşımı tapdıq. Onu Şəmkir polisi saxlayıb. Gəldilər, evində axtarış apardılar, sonra da komputerini götürüb getdilər. Komputerində bir şey tapmadıqlarından üstünə narkotik ittihamı atıblar. Kürdəxanıda ona yemək aparmışdıq. Həm də görüşmək istəyirdik. Yeməyi götürdülər, amma görüş vermədilər. Qardaşım bizə məktub yazmışdı ki, məcbur edəndən sonra o, üstündə narkotik tutulduğunu etiraf edən kağıza imza atıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG