Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:01

-

Şəmkir rayonu Qarazəminli kənd sakini İlham Muradovun yeri məlum olub. Yarım ay öncə saxlanmış bu gəncin qardaşı Arif Muradovun AzadlıqRadiosuna verdiyi məlumata görə, ona narkotik ittihamı irəli sürülüb:

«8 gün gəzəndən sonra qardaşımı tapdıq. Onu Şəmkir polisi saxlayıb. Gəldilər, evində axtarış apardılar, sonra da komputerini götürüb getdilər. Komputerində bir şey tapmadıqlarından üstünə narkotik ittihamı atıblar. Kürdəxanıda ona yemək aparmışdıq. Həm də görüşmək istəyirdik. Yeməyi götürdülər, amma görüş vermədilər. Qardaşım bizə məktub yazmışdı ki, məcbur edəndən sonra o, üstündə narkotik tutulduğunu etiraf edən kağıza imza atıb».

Bir neçə gün öncə Şəmkir polisi AzadlıqRadiosuna belə bir adamın saxlanması xəbərini yalanlamışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG