Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 00:52

Britaniya, Fransa və Almaniya sanksiyalara razılaşırlar


David Cameron, Francois Hollande və Angela Merkel

Britaniya, Fransa və Almaniya liderləri telefonla danışıb. Onlar razılığa gəliblər ki, əgər Rusiya prezidenti Vladimir Putin rusiyameylli separatçıların müfəttişləri Malayziya təyyarəsinin qəzaya uğradığı əraziyə buraxmasına nail olmasa, Rusiyaya əlavə sanksiya qoysunlar.

Fransa prezidenti Francois Hollande-nın ofisi iyulun 20-də bu telefon söhbəti barədə məlumat yayıb. Məlumata görə, o, Angela Merkel David Cameron Putin qarşısında belə bir tələb qoymaq barədə razılığa gəliblər.

Bəyanatda deyilir ki, «Rusiya dərhal gərəkli tədbirlər görməsə, Avropa Birliyi iyulun 22-də Xarici İşlər Şurasında nəticələr çıxaracaq».

XS
SM
MD
LG