Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:21

Girov götürülən Dilqəm Əsgərovun oğlu AzadlıqRadiosuna danışır


Dilqəm Əsgərov erməni xüsusi xidmət orqanları tərəfindən saxlanarkən çəkilən videodan görüntü.
Dilqəm Əsgərov erməni xüsusi xidmət orqanları tərəfindən saxlanarkən çəkilən videodan görüntü.

-

Erməni silahlı qüvvələrinin işğalı altında olan Kəlbəcər rayonu ərazisində girov götürülən Dilqəm Əsgərovun ailəsi yardım üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət edib

Bu barədə AzadlıqRadiosuna Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. O, 54 yaşlı atasının hansısa təxribat törətmək üçün Kəlbəcərə getdiyi barədə Ermənistan medaiasının yaydığı məlumatların yalan olduğunu deyir:

“Atamın Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsi xəbərini bir gün əvəvl internetdən oxudum. Biz inanmadıq. Çünki atam həmişə Rusiyaya gedib-gələn adam olub. O, Permdə meşədə işləyir. Bu dəfə də elə bildik ki, o yenə də ora gedib.

Atamın təxribatçı olması ilə bağlı deyilənlər düzgün deyil. O, öz doğulduğu kəndə ata-anasının qəbrini ziyarət etmək üçün gedib. Atamın azad olunması üçün bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət etdim, dedilər araşdırmalara başlayacaqlar.”

Kürdoğlu Əsgərov atasının Rusiya vətəndaşı olduğunu deyir.

İyulun 11-də Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Tərtərin Qapanlı kəndindən olan Şahbaz Quliyev və Kəlbəcərdən olan Dilqəm Əsgərovdur. Erməni mətbuatı həmin şəxslərlə bir yerdə olan daha bir nəfər azərbaycanlının öldürüldüyünü yazır. Amma həmin şəxsin kimliyi bəlli deyil.

Azərbaycanın Müdafiə Nazirliyi bu şəxslərin ordu sıralarında xidmət etmirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG