Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:26

Bakı Şahbaz Quliyevlə bağlı məlumatı aydınlaşdırmaq üçün BQXK-ya müraciət edib


Şahbaz Quliyev olduğu deyilən şəxs.
Şahbaz Quliyev olduğu deyilən şəxs.

-

Azərbaycanın hakimiyyəti Azərbaycan vətəndaşının girov götürülməsi barədə mediada yayılan məlumatı aydınlaşdırmaq üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib.

BQXK-nin Azərbaycan nümayəndəliyindən İlahə Hüseynova apa-ya bildirib ki, müraciətdə məlumat təsdiqini taparsa, BQXK-dan öz mandatına uyğun prosedurları həyata keçirmək xahiş olunub:

«BQXK neytral vasitəçi olaraq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan mülki şəxslərə və hərbi əsirlərə baş çəkir, onların şəraiti ilə maraqlanır və ailələri ilə əlaqə yaradır».

Ermənistan mediası Azərbaycan ordusunun kəşfiyyatçısı olduğu iddia edilən şəxsin fotosunu yayıb. Məlumatda 46 yaşlı həmin şəxsin Tərtər rayonunun Qapanlı kənd sakini Şahbaz Quliyev olduğu bildirilir. Ermənistan tərəfinin iyulun 10-da yaydığı məlumata görə, həmin şəxs Kəlbəcər rayonu istiqamətində təxribata cəhd edərkən saxlanılıb.

Azərbaycan Müdafiə Nazirliyinin iyulun 11-də yaydığı məlumatda həmin şəxsin Azərbaycan silahlı qüvvələrinə heç bir aidiyyəti olmadığı bildirilir.

XS
SM
MD
LG