Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:06

Seyran Ohanyan Kəlbəcərdə «azərbaycanlı təxribatçı»nın öldürüldüyünü bildirir


Arxiv fotosu, Müdafiə naziri Seyran Ohania (mülki formada) əsgərlərlə görüşür. 19 iyun 2014.
Arxiv fotosu, Müdafiə naziri Seyran Ohania (mülki formada) əsgərlərlə görüşür. 19 iyun 2014.

-

Ermənistanın müdafiə naziri Seyran Ohanyan iyulun 12-də bəyan edib ki, bir gün öncə Kəlbəcər ərazisində azərbaycanlı təxribatçı öldürülüb.

Mediaforum.az saytının məlumatına görə nazir ohanyan bu barədə 4-cü ordu korpusunun yaradılmasının 17-ci ildönümü ilə bağlı paradda çıxış edərkən bildirb. Amma o, Azərbaycan tərəfdən həlak olan şəxsin adını çəkməyib.

Ermənistan mediası bu ölkənin Müdafiə Nazirliyinə istinadla yazır ki, azərbaycanlı təxribatçılarla atışma zamanı ordunun 42 yaşlı mayoru Sarkis Abramyanın həlak olub. 37 yaşlı qadın Karine Davtyan da yaralanıb.

Ermənistanın Müdafiə Nazirliyi yaralı qadının nə işin sahibi olduğu haqda məlumat vermir, ama onun Yerevanda xəstəxanaya yerləşdirildiyini, vəziyyətinin ağır olduğu qeyd edir.

Hələlik bu xəbərə Azərbaycan tərəfdən bir reaksiya yoxdur.

Ermənistan son bir neçə gündə işğal altında saxladığı Kəlbəcər rayonu istiqamətdə Azərbaycanın hücumlarının qarşısını aldığını, Şahbaz Quliyev adlı bir təxribatçı azərbaycanlını isə həbs etdiyini bildirir.

Azərbaycanın Müdafiə Nazirliyi isə həmin istiqamətdə heç bir əməliyyat aparmadığını, saxlandığı iddia olunan şəxsin isə Azərbaycan ordusunda xidmət etmədiyini bildirir.

Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu və Kəlbəcər də daxil olmaqla daha 7 rayonu 20 ildən çoxdur işğal altında saxlayır. Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar tez-tez bir-birini bu sazişi pozmazqda, bir-birinin əsgərini və mülki sakinləri öldürməkdə ittiham edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG