XVIII əsrdə inşa edilmiş bu müdafiə qalası dövrünün əlçatmaz istehkam qurğularından biri idi. İndiki halı isə sadəcə biganəliyin vurduğu yaralardır. Abbas Atilay Gədəbəydə Koroğlu qalasından fotolarla danışır.
Üç əsrdə dağılan möhtəşəm qala - Koroğlu qalası
9
Qalanın içində, mərkəzi hissədə yerləşən su anbarı hal-hazırda qalanın digər hissələri ilə müqayisədə daha az dağıntıya məruz qalıb. Divarlardakı yazılar qalanın tez-tez ziyarət olunduğundan xəbər verir.
10
11
Bir zamanlar əlçatmaz, ayaqdəyməz bu yerlərin, bu qalaların indi ovulub tökülməsi, bəlkə də tarixin gücə, hökmranlığa bir ironiyasıdır.
12
Bu qalanı görmək, şəkillərini çəkmək mənim üçün çox maraqlı idi. Adının həqiqi və ya uydurma olduğunu deyə bilməsəm də, Azərbaycan tarixinin bir hissəsini özündə yaşatdığına görə, insana qeyr-adi hislər bəxş edir.