Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:17

Finalın adı – Almaniya-Argentina

DÇ-2014-ün ikinci finalçısının adı məlum olub. Argentina və Hollandiya arasında baş tutmuş oyunun əsas və əlavə edilmiş vaxtı 0:0 hesabı ilə bitib. Penaltilər seriyasında daha dəqiq olan (4:2) Argentina kollektivi dünya çempionatının finalına vəsiqə qazanıb. Beləliklə, finalda Almaniya və Argentina milliləri qarşılaşacaq. Görüş iyulun 13-də keçiriləcək. Hollandiya və Braziliya yığmaları isə iyulun 12-də üçüncü yer uğrunda üz-üzə gələcək. Dünənki oyunla Argentina millisinin futbolçusu Lionel Messi yeni rekord müəyyənləşdirib. Milli komandasında 92-ci dəfə meydana çıxan Messi bu nəticə ilə əfsanəvi futbolçu Diego Maradona-nı qabaqlayıb.

Davamı

Bölmələr

XS
SM
MD
LG